12:06 / 03-02-2026
Tehranda bazar yanır
10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
BMT-nin Baş katibi: "Kipr məsələsi üzrə görüşlər davam edəcək"
Tarix: 29-04-2021 14:45 | Bölmə: Dünya
BMT-nin Baş katibi: "Kipr məsələsi üzrə görüşlər davam edəcək"

"Kipr məsələsi ilə bağlı rəsmi müzakirələr üçün yenidən görüşəcəyik".

“TRT Haber” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Qutyerreş Kipr məsələsi ilə bağlı Cenevrədə keçirilən “5+1” qeyri-rəsmi görüşün nəticəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, müzakirələrdə ortaq mövqe tapılmadığı üçün rəsmi görüş mümkün deyil: “Rəsmi müzakirələr üçün yenidən görüşəcəyik. Bu danışıqları irəli aparmaq və müsbət nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Mövqeyimiz qətidir”.

Qeyd edək ki, aprelin 27-də İsveçrənin Cenevrə şəhərində Böyük Britaniya, Türkiyə, Yunanıstan, Şimali Kipr Türk Respublikası, Kiprin yunan hissəsi təmsilçilərinin iştirakı ilə qeyri-rəsmi iki günlük görüş keçirilib. Görüşdə əsas mövzu Kiprdəki iki respublikanın gələcəyi, statusları olub/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:06 Tehranda bazar yanır