XİN rəhbəri: "Kiprlə bağlı görüşlərimizin müsbət nəticəsi olmadı”
Tarix: 29-04-2021 15:43 | Bölmə: Dünya
XİN rəhbəri: "Kiprlə bağlı görüşlərimizin müsbət nəticəsi olmadı”

“Təəssüf ki, Kiprlə bağlı görüşlərimizin müsbət nəticəsi olmadı. Yalnız suveren bərabərlik nəzərə alınarsa, prosesin davam etməsi mümkündür”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cenevrədə Kiprlə bağlı 5+1 formatında keçirilən toplantıdan sonra Şimali Kiprin prezidenti Ersin Tatarla birgə keçirilən mətbuat konfransında bildirib/APA.

Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə 2017-ci ildən bəri ilk dəfə olaraq bu il 27-29 aprel tarixlərində Cenevrədə Kiprlə bağlı 5+1 formatında toplantı keçirlib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər