İsraildə dini bayramda ağır faciə: 44 nəfər ölüb, 150-dən çox yaralı var
Tarix: 30-04-2021 12:49 | Bölmə: Dünya
İsraildə dini bayramda ağır faciə: 44 nəfər ölüb, 150-dən çox yaralı var

İsrail Baş naziri Benyamin Netanyahu 44 nəfərin ölümü ilə nəticələnmiş faciənin baş verdiyi Meron dağı bölgəsinə yola düşüb.

Bu barədə məlumatı İsrail ordusunun “Galei Tzahal” radiosu yayıb.

Xatırladaq ki, aprelin 30-da gecə saatlarında ənənəvi olaraq tonqalların qalandığı Laq ba-Omer dini bayram zamanı izdiham yaranıb.

Radiostansiyanın məlumatına görə, Netanyahu birbaşa "faciə bölgəsinə" gedib. Bundan bir qədər öncə baş nazir Meron dağında baş verənləri "ağır faciə" adlandırıb.

İsrailin “Kan” dövlət radiosunun verdiyi məlumata görə, faciə nəticəsində ən azı 44 nəfər həlak olub və ən azı 150 nəfər yaralanıb. Yaralılardan altısının vəziyyəti ağır kimi qiymətləndirilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər