Ərdoğan: "Yerli vaksinlər sentyabr-oktyabradək istehsal olunacaq"
Tarix: 30-04-2021 15:25 | Bölmə: Dünya
Ərdoğan: "Yerli vaksinlər sentyabr-oktyabradək istehsal olunacaq"

"Vaksin tədarükündə hər hansı problem və çətinlik olacağını qəbul edirəm".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

“Əlimizdə yetərincə vaksin var. Rusiya ilə danışığımızdan sonra “Sputnik V” peyvəndi gəlir və gələcək. Hətta lazım olarsa, Rusiya prezidenti Vladimir Putinlə danışa da bilərik. Mayın birinci yarısında bu məsələ ilə bağlı Rusiya prezidenti ilə danışığımız olacaq. Oradan da ciddi bir miqdarda aşının gəlməsi ilə mövcud sayı əldə edə bilərik. Mən fövqəladə bir vəziyyətin olacağına inanmıram. Yerli vaksinin hazırlanması üzərində universitetlərimiz, bəzi əczaçı firmalarımız ciddi şəkildə işləyirlər. Onların mənə verdikləri vədə əsaslanaraq deyirəm ki, sentyabr-oktyabradək onların da istehsal ediləcəyinə inanıram”, - o deyib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}