Ermənistan səfiri İrana təşəkkür edib - Foto
Tarix: 04-05-2021 20:20 | Bölmə: Dünya
Ermənistan səfiri İrana təşəkkür edib

Ermənistanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Artaşes Tumanyan İran rəsmiləri ilə görüşüb.

Reyting.az
“Telegram”-a istinadla xəbər verir ki, səfir İslam Respublikasının Müdafiə naziri Əmir Hatami ilə təmasda olub.

Erməni səfirliyinin yaydığı məlumata görə, görüşdə Ermənistan Respublikasının səfiri, İran sərhədinin və Ermənistanın ərazi bütövlüyünün qorunması ilə əlaqədar olaraq ikinci genişmiqyaslı Qarabağ müharibəsi və sonrakı dövrdəki qətiyyətli hərəkətlərinə görə İrana təşəkkür edib.

Tərəflər ikitərəfli müdafiə əməkdaşlığının aktual məsələlərini və regional təhlükəsizliklə bağlı bəzi məsələləri müzakirə ediblər.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}