Londonda G7-lərin iclasında Hindistan nümayəndə heyəti özünü təcrid edib
Tarix: 05-05-2021 13:47 | Bölmə: Dünya
Londonda G7-lərin iclasında Hindistan nümayəndə heyəti özünü təcrid edib

Londonda “Böyük yeddilik” (G7) ölkələrinin XİN rəhbərlərinin görüşündə iştirak edən Hindistan nümayəndə heyəti iki üzvündə koronavirus aşkar edilməsindən sonra özünü tam təcrid edib.

TASS agentliyi xəbər verir ki, bu barədə Britaniya hökumətinin bu gün yaydığı bəyanatda deyilir.

Xatırladaq ki, G7 ölkələrin xarici işlər nazirlərinin son iki ildə ilk əyani iclası mayın 3-dən 5-dək keçirilir.

Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya XİN rəhbərlərindən əlavə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell, Avstraliya, Hindistan, Cənubi Koreya və CAR nümayəndələri, həmçinin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) baş katibi Lim Cok Hoi tədbirə dəvət edilib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər