Əfqanıstanla sərhəddə Pakistan sərhədçilərinə hücum olub, ölənlər var
Tarix: 05-05-2021 14:42 | Bölmə: Dünya
Əfqanıstanla sərhəddə Pakistan sərhədçilərinə hücum olub, ölənlər var

Əfqanıstanla sərhəddə Pakistan Sərhəd Mühafizə Korpusunun əməkdaşlarına hücum olub, ölənlər var.

TASS-ın verdiyi xəbərə görə, insident Bəlucistan vilayətinin Manzakay bölgəsində baş verib.

Pakistan sərhədçiləri sərhəd bölmələrindən birinin təchizatı ilə məşğul olarkən Əfqanıstan tərəfdən ekstremistlər onlara atəş açıb. Dörd sərhədçi hadisə yerində ölüb, altı sərhədçi isə Kvetta şəhərindəki xəstəxanaya aparılıb.

Pakistan hərbçiləri sərhədlərarası terrorizmi, ekstremistlərin və qarşı tərəfdən qaçaqmalçılığın qarşısını almaq üçün Əfqanıstanla sərhəddə texnika quraşdıraraq maneələr inşa edirlər. İndiyə qədər bu işlərin 90%-i tamamlanıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}