Paşinyanın partiyası seçki bloku yaratmayacaq
Tarix: 06-05-2021 15:38 | Bölmə: Dünya
Paşinyanın partiyası seçki bloku yaratmayacaq

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində müstəqil iştirak edəcək və digər siyasi qüvvələrlə blok yaratmayacaq.

TASS agentliyi xəbər verir ki, bunu hakim "Mənim addımım" blokunun lideri Lilit Makunts bu gün keçirilən brifinqdə deyib.

Parlamentdəki “Maariflənmiş Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizədlərini irəli sürməyəcəklərini artıq bildiriblər.

Ekspertlərin fikrincə, Paşinyanın partiyasının əsas rəqibləri keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın siyasi blokları olacaq/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər