Ermənistanda korrupsiya - Baş prokurordan heyrətamiz statistika
Tarix: 06-05-2021 18:40 | Bölmə: Dünya
Ermənistanda korrupsiya - Baş prokurordan heyrətamiz statistika

“Korrupsiya 2020-ci ildə Ermənistana 227 milyard dram ziyan vurub”.

Reyting.az
“Armenpress”ə istinadla xəbər verir ki, bunu Milli Məclisinin iclasında Ermənistanın Baş prokuroru Artur Davtyan bildirib.

O deyib: “2020-ci ildə Ermənistanda təqribən 1356 nəfər mühakimə olunub ki, bu da 2019-cu ilin nəticələrindən 7,3 faiz çoxdur. Eyni zamanda, 2020-ci ildə Ermənistanda dövlətə təqribən 227 milyard dram ziyan vuran bir sıra korrupsiya cinayətləri aşkar edilib”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər