16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazir: “Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başa çatıb”
Tarix: 07-05-2021 15:20 | Bölmə: Dünya
Nazir: “Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başa çatıb”

“Ölkəmizdə koronavirus pandemiyasının üçüncü dalğası başa çatıb”.

Bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov bildirib.

Onun sözlərinə görə, yoluxmanın üçüncü dalğası ikinci dalğa ilə müqayisədə daha çox insanın ölümünə səbəb olub.

Nazir arxayınlaşmağın hələ tez olduğunu qeyd edib: “Nəhayət üçüncü dalğanı geridə qoyduq. Ötən iki ay olduqca çətin keçdi. Vəziyyəti nəzarətdə saxlamaq demək olar ki, mümkünsüz idi. Hər bir insan həyatı uğrunda müharibədə olduğu kimi mübarizə aparırdıq. Arxayınlaşmaq olmaz. Xüsusilə də istirahət günlərində daha diqqətli olmağa ehtiyac var. Əylənmək gözəldir, amma insan həyatı qədər dəyərli deyil”.

Qeyd edək ki, Ukrayna ayrı-ayrılıqda 4 karantin zonasına bölünüb. Ölkədə “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” karantin zonaları mövcuddur/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}