16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyə və ABŞ “F-35” qırıcıları ilə bağlı danışıqlara başlayır
Tarix: 07-05-2021 15:49 | Bölmə: Dünya
Türkiyə və ABŞ “F-35” qırıcıları ilə bağlı danışıqlara başlayır

Türkiyə və ABŞ arasında “F-35” qırıcıları ilə bağlı problemin həlli üçün dialoq başlaya bilər.

“NTV” telekanalı xəbər verir ki, Türkiyənin müdafiə sənayesi komitəsinin sədri İsmayıl Demir Ankaranın “F-35” məsələsi ilə bağlı artıq Vaşinqtondan məktub aldığını deyib.

Xatırladaq ki, bir qədər öncə ABŞ Türkiyəni “F-35” döyüş təyyarəsinin istehsalı proqramından çıxarıb. Buna səbəb Ankaranın Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemlərini alması olub.

“Biz artıq demişik ki, heç bir ölkə birtərəfli qaydada “F-35” proqramından kənarlaşdırıla bilməz. ABŞ-dan gələn son məktub da bizim haqlı olduğumuzu təsdiqlədi. “F-35” probleminin həlli üçün ABŞ-la dialoq başlayacaq”, – İ.Demir deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}