Kredit borclarını şahzadə ödəyəcək
Tarix: 07-05-2021 17:06 | Bölmə: Dünya
Kredit borclarını şahzadə ödəyəcək

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Ali-Səud borc üzündən həbsxanada yatan 150-dən çox şəxsin kreditini ödəyəcək.

Reyting.az
“SPA”-ya istinadla xəbər verir ki, bunun üçün 13 milyon Səudiyyə riyali (təqribən 3,5 milyon dollar) vəsait ayırılıb.

Həmin vəsait dünya müsəlmanları üçün müqəddəs olan Ramazan ayı münasibətilə ayrılıb. Digər 87 milyon riyal (23 milyon dollardan çox) vəliəhd tərəfindən xeyriyyə məqsədi ilə bağışlanıb.

Aprel ayında Birləşmiş Ərəb Əmirliklərində də geniş miqyaslı bir xeyriyyə tədbiri elan edilib. Ehtiyac sahibi olanlara 100 milyon porsiya qida paylayacağına söz veriblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər