Beynəlxalq Qırmızı Xaç Komitəsi Gürcüstana 100 min doza Çin peyvəndi verəcək
Tarix: 08-05-2021 10:44 | Bölmə: Dünya
Beynəlxalq Qırmızı Xaç Komitəsi Gürcüstana 100 min doza Çin peyvəndi verəcək

Beynəlxalq Qırmızı Xaç Komitəsi Gürcüstana 100 min dozadan ibarət Çin istehsalı olan “Sinopharm” peyvəndi çatdıracaq.

Bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze və humanitar təşkilatın nümayəndələri arasında keçirilən görüşdə məlum olub.

Nazir müavini Tamar Qabuniya bildirib ki, preparatın ölkəyə tədarükü ilə bağlı detallar yaxın gələcəkdə məlum olacaq.

Qeyd edək ki, qonşu ölkə Çin vaksininin 100 min dozadan ibarət ilk partiyasını aprelin 29-da əldə edib və preparatın tətbiqi ilə peyvəndlənməyə mayın 4-dən başlanılıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər