Əfqanıstanda daşqında ölənlərin sayı 73-ə yüksəlib, 307 ev uçub
Tarix: 08-05-2021 15:53 | Bölmə: Dünya
Əfqanıstanda daşqında ölənlərin sayı 73-ə yüksəlib, 307 ev uçub

Əfqanıstanda daşqın qurbanlarının sayı 73-ə çatıb, daha 30 nəfər xəsarət alıb, 32 nəfər itkin düşüb.

Bu barədə məlumatı yerli “Tolo News” telekanalı yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 307 yaşayış evi uçub.

Xatırladaq ki, daşqınlar Əfqanıstanın şimal-şərqi Bədəxşan və Baqlan, şimal-qərbi Herat əyalətlərində, eləcə də Əfqanıstanın mərkəzindəki Qor, Daykundi, Bamyan vilayətlərində ölümlərə və digər fəsadlara səbəb olub.

Qeyd edək ki, bir müddət əvvəl Əfqanıstanda daşqın nəticəsində 34 nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı və 14 nəfər itkin düşdüyünə dair məlumat yayılmışdı/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}