Köçəryan Ermənistanın sabiq prezidentlərini hakimiyyətə qarşı mübarizəyə çağırıb
Tarix: 09-05-2021 19:03 | Bölmə: Dünya
Köçəryan Ermənistanın sabiq prezidentlərini hakimiyyətə qarşı mübarizəyə çağırıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan sabiq dövlət başçıları Levon Ter-Petrosyana və Serj Sarkisyana hakimiyyətə qarşı var qüvvə ilə mübarizə aparmağı təklif edib.

Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

"Mən birinci və üçüncü prezidentlərə (Ter-Petrosyana və Sarkisyana - red.) bu hakimiyyətə qarşı mübarizə aparmağı, hər gün mübarizə aparmağı təklif edirəm və əgər mübarizə aparmaq niyyətindədirlərsə, deməli müvəffəqiyyətə nail olacağıq, bu ümumi müvəffəqiyyət olacaq", - Köçəryan "Ermənistan" seçki blokunun nümayişində deyib.

Köçəryanın sözlərinə görə, bunun üçün vahid blokun formalaşması vacib deyil və o seçkilərə ayrı ittifaqla getməyə qərar verdi. "Əgər onlar (sabiq prezidentlər – red.) bütün qüvvələri ilə bu mübarizəyə daxil olsalar bunu alqışlayacağıq", - Köçəryan qeyd edib.

Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefa verir. O qeyd edib ki, seçkiqabağı dövrdə hökumət başçısı vəzifələrini icrasını davam etdirəcək. Paşinyan növbədənkənar parlament seçkilərinin iyunda keçiriləcəyini elan edib.(Report)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər