Gürcüstanda müxalifət lideri azadlığa buraxılıb
Tarix: 10-05-2021 17:28 | Bölmə: Dünya
Gürcüstanda müxalifət lideri azadlığa buraxılıb

Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyasının sədri Nika Melia azadlığa buraxılıb.[b][/b]

Məlumata görə, Tbilisi Şəhər Məhkəməsi ölkənin Baş Prokurorluğunun müraciətinə əsasən müxalifət liderinin azadlığa buraxılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) bir neçə gün öncə Gürcüstanın Nika Melianın azadlığa çıxması üçün tələb olunan 40 min lari girovu ödəyib.

N. Melia 2019-cu ilin 20-21 iyun tarixlərində Tbilisidə parlament binası qarşısında qrup zorakılığı təşkil etməkdə və iştirakda ittiham edilir. O, bu il fevralın 23-də müxalif "Vahid Milli Hərəkat" partiyasının baş qərargahında həbs edilib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər