Ermənistan parlamenti rəsmən buraxılıb
Tarix: 10-05-2021 22:42 | Bölmə: Dünya
Ermənistan parlamenti rəsmən buraxılıb

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Reyting.az
 xəbər verir ki, Ermənistanda növbədənkənar parlament seçkiləri 20 iyunda baş tutacaq.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin deputatları xüsusi iclasda ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Nazirlər Kabineti rəhbərinin vəzifələrini icra edən Nikol Paşinyanın baş nazir postuna seçilməsinə ikinci dəfə səs verməyib.

Konstitusiyaya əsasən, baş nazirin istefasından sonra parlament iki dəfə yeni baş nazir seçməzsə, qanunverici orqan buraxılır və erkən seçkilər keçirilir.

***

Ermənistan parlamentinin deputatları xüsusi iclasda ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Nazirlər Kabineti rəhbərinin vəzifələrini icra edən Nikol Paşinyanın baş nazir postuna seçilməsinə ikinci dəfə səs verməyib.

Məlumata görə, Nikol Paşinyanın baş nazir postuna seçilməsinin lehinə 1 deputat, əleyhinə bir deputat səs verib, 76 deputat isə bitərəf qalıb. Beləliklə Paşinyan yenidən baş nazir postuna seçilməyib

Konstitusiyaya əsasən, baş nazirin istefasından sonra parlament iki dəfə yeni baş nazir seçməzsə, qanunverici orqan buraxılır və erkən seçkilər keçirilir.

Bundan sonra, ölkə prezidenti Armen Sarkisyan növbədənkənar seçkilərin vaxtını təyin etməlidir.

Qeyd edək ki, Nikol Paşinyan respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün aprelin 25-də istefa verib. Texniki prosedura uyğun olaraq, baş nazirin ardından ölkə hökuməti də istefaya gedib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər