ÜST-dən Hindistanda yayılan ştamla bağlı - Açıqlama
Tarix: 11-05-2021 11:58 | Bölmə: Dünya
ÜST-dən Hindistanda yayılan ştamla bağlı - Açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Hindistanda sürətlə yayılan üçqat mutasiya etmiş “B.1.617” ştammını narahatlıq doğuran variant adlandırıb.

“CNBC” telekanalı xəbər verir ki, bu barədə ÜST-ün COVID-19 üzrə texniki mütəxəssisi Mariya van Kerkhove bildirib.

O əlavə edib ki, tədqiqatlar “B.1.617” ştammının koronavirusun ilkin variantından daha sürətlə yayıldığını göstərib. Bundan başqa qeyd olunub ki, vaksinlər bəzi hallarda bu ştamma qarşı təsirsiz ola bilər.

Mariya van Kerkhove buna rəğmən, vaksinlərin hələ də effektiv hesab olunduğunu bildirib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər