Gürcüstanda yaşı 45-dən yuxarı olanlara “AstraZeneca” peyvəndi vurulacaq
Tarix: 11-05-2021 15:52 | Bölmə: Dünya
Gürcüstanda yaşı 45-dən yuxarı olanlara “AstraZeneca” peyvəndi vurulacaq

Gürcüstanda yaşı 45-dən çox olan vətəndaşların yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiyasında “AstraZeneca” vaksinindən istifadə ediləcək.

Bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Bu vaxta qədər ölkədə sözügedən vaksinin yalnız 55 yaşdan yuxarı şəxslərdə tətbiqinə icazə verilirdi.

Qeyd edək ki, Gürcüstanda martın 15-də başlanan vaksinasiya çərçivəsində “Pfizer”, “AstraZeneca”, “Sinopharm” vaksinlərindən istifadə olunur/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər