Çavuşoğlu və Tatarıstan prezidenti arasında telefon danışığı olub
Tarix: 11-05-2021 17:46 | Bölmə: Dünya
Çavuşoğlu və Tatarıstan prezidenti arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya Federasiyasının Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, telefon danışığı zamanı M. Çavuşoğlu R. Minnixanova Kazanda törədilən silahlı insidentlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başsağlığını çatdırıb.

Nazir ehtiyac olduğu halda Türkiyənin Tatarıstana hər cür dəstək verməyə hazır olduğunu da vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiyanın Kazan şəhərində orta məktəbə silahlı hücum zamanı 9 nəfər həlak olub/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər