16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Rusiya rumın diplomatı “persona-non-qrata” elan edib
Tarix: 11-05-2021 19:20 | Bölmə: Dünya
Rusiya rumın diplomatı “persona-non-qrata” elan edib

Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesinin köməkçisini “persona-non-qrata” elan edib.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında bildirilir.

Diplomata ölkəni 72 saat ərzində tərk etmək barədə göstəriş verilib.

"Bu addım Rumıniya tərəfinin aprelin 26-da Rusiyanın Buxarestdəki səfirliyi yanında hərbi attaşesinin köməkçisinin əsaslandırılmamış şəkildə “persona-non-qrata” elan edilməsinə cavab olaraq atılıb", - deyə nazirliyin saytındakı xəbərdə bildirilir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}