Komissiya sədri: “Zərifin insult keçirəcəyindən qorxduq”
Tarix: 11-05-2021 21:44 | Bölmə: Dünya
Komissiya sədri: “Zərifin insult keçirəcəyindən qorxduq”

“Zəriflə o qədər sərt davrandıq ki, insult keçirəcəyindən qorxduq”.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin (İslami Şura Məclisi) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Müctəba Zünnuri bildirib.

Xatırladaq ki, mayın 9-da xarici işlər naziri Məhəmməd Cavad Zərif müsahibəsinin oğurlanması ilə bağlı Milli Təhlükəsizlik Komissiyasında izahat verməli olub.

Zünnurun sözlərinə görə, deputatlar audiofaylın xarici KİV-lərə necə ötürüldüyünə dair nazirin heç bir izahı ilə qane olmayıblar. “Deputatların mövqeyi o qədər güclü idi ki, bəziləri nazirin insult keçirə biləcəyindən narahat oldu”.

Komissiya sədri deputatların milli maraqlarını müdafiə etdiklərini xatırladıb. “Nazir həm səhvini etiraf etdi, həm də millət vəkillərinin qəti məntiqi qarşısında millətdən üzr istədi”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər