HƏMAS Təl-Əvivə və onun ətrafına 130 raket atıb
Tarix: 11-05-2021 23:12 | Bölmə: Dünya
HƏMAS Təl-Əvivə və onun ətrafına 130 raket atıb

HƏMAS-ın silahlı qanadı "İzzəddin al-Kassam briqadaları" İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 130 raket atıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumatda bildirilir ki, Təl-Əvivdə hava həyəcanı siqnalı eşidilir.

"Reuters" agentliyinin məlumatına görə, zərbələr nəticəsində İsrailin bir neçə sakini xəsarət alıb. Eyni zamanda Qəzza sektorunda da çoxmərtəbəli binanın dağıldığı qeyd edilir.

Daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu deyib ki, ölkə Qəzza sektorunda hərbi qüvvələrinin sayını və zərbələrin tezliyini artırmaq niyyətindədir.

Qəzza sektorunda eskalasiya bazar ertəsi axşam saatlarında başlayıb. Bu, son illər ərzində ən böyük hərbi qarşıdurmalardandır. Çərşənbə axşamı səhər İsrail Qəzza sektorundan ölkə ərazisinə 200-dən çox raketin buraxıldığını bildirib. Buna cavab olaraq İsrail hərbçiləri Fələstinin 130 hərbi hədəfinə zərbələr endirib. Nəticədə HƏMAS-ın 15 silahlısı həlak olub.

İsrail hökuməti müxtəlif bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min hərbçini orduya çağırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}