Malidə ölkə prezidenti ilə baş nazir həbs olunub
Tarix: 25-05-2021 10:23 | Bölmə: Dünya
Malidə ölkə prezidenti ilə baş nazir həbs olunub

Malidə BMT missiyası bu ölkənin prezidenti Ba Ndaunun və baş nazir Moktar Uanın hərbçilər tərəfindən tutulması haqqında xəbərlərdən sonra onların dərhal azad olunmasını tələb edib.

Reyting.az
xəbər verir ki, missiya, eyni zamanda ölkədə sakitliyə çağırış edib.

Daha əvvəl məlumat yayılıb ki, Malinin müvəqqəti prezidenti Ndau və baş nazir Uan həbs ediliblər. Onlar əsgərlər tərəfindən ölkənin paytaxtı Bamako yaxınlığındakı Kati hərbi düşərgəsinə çatdırılıblar. Bu, il ərzində ölkədə ikinci çevrilişin başlanğıcı təhlükəsi yaradıb. Həbs yeni hökumətin tərkibinin elan edilməsindən dərhal sonra olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər