Gürcüstan hərbi parad keçirəcək
Tarix: 25-05-2021 11:56 | Bölmə: Dünya
Gürcüstan hərbi parad keçirəcək

Mayın 26-da Tbilisidə, Azadlıq meydanında Gürcüstanın Müstəqillik gününə həsr olunmuş mərasim keçiriləcək.

Tədbir çərçivəsində ölkənin hərbi texnikasının bir hissəsi - müxtəlif zirehli maşınlar nümayiş etdiriləcək.

Mərasimə "SU-25" qırıcı təyyarələrinin uçuşları ilə yekun vurulacaq.

Bununla yanaşı, 247 hərbçinin andiçmə mərasimi də təşkil olunacaq.

Koronavirus pandemiyası səbəbindən mərasim genişmiqyaslı olmayacaq.

Tədbir televiziya vasitəsilə canlı yayımlanacaq/Report.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}