Rusiya və Yaponiya gəmiləri toqquşub - Ölənlər var
Tarix: 26-05-2021 08:50 | Bölmə: Dünya
Rusiya və Yaponiya gəmiləri toqquşub

Yaponiyaya məxsus "Dai-hachi Hokko-maru" balıqçı gəmisi Hokkaydonun Monbetsu şəhəri yaxınlığında Rusiyanın "Amur" balıqçı gəmisi ilə toqquşub.

“Kyodo” xəbər agentliyinin məlumatına görə, hadisə nəticəsində yapon gəmisinin 3 heyət üzvü ölüb.

Xilasetmə və təcili yardım xidmətinin yaydığı məlumatda bildirilir ki, Yaponiya gəmisində 9,7 ton yük, 6 heyət üzvü, Rusiya gəmisində isə 662 ton yük və 23 nəfər heyət üzvü olub.

Yerli vaxtla, təxminən saat 6-da (Bakı vaxtı ilə 01:00) Monbetsu limanından 23 kilometr məsafədə baş verən hadisə nəticəsində yapon balıqçı gəmisi aşıb. Yapon gəmisinin göyərtəsindəki beş nəfər “Amur”un ekipajı tərəfindən xilas edilib, lakin onlardan üçünün öldüyü məlum olub.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}