İranlı nazir Bakıdan sonra Yerevana gedib
Tarix: 26-05-2021 10:29 | Bölmə: Dünya
İranlı nazir Bakıdan sonra Yerevana gedib

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycandan sonra Ermənistana gedib.

“Sputnik Armeniya” xəbər verir ki, onu Yerevanın Zvartnos hava limanında Ermənistanın Xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan qarşılayıb.

Məhəmməd Cavad Zərif Ermənistanın Baş naziri səlahiyətlərini icra edən Nikol Paşinyan və Ara Ayvazyanla görüşəcək.

Qeyd edək ki, Zərif mayın 25-də Bakıda səfərdə olub. Prezident İlham Əliyev İranın XİN başçısını qəbul edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər