Levon Ter-Petrosyanın sözçüsü: “Paşinyan siyasətdən heç nə qanmır”
Tarix: 28-05-2021 20:19 | Bölmə: Dünya
Levon Ter-Petrosyanın sözçüsü: “Paşinyan siyasətdən heç nə qanmır”

“Nikol Paşinyan öz bəyanatı ilə siyasətdən heç nə anlamadığını isbatladı”.

Reyting.az
xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin (EMK) mətbuat katibi Arman Musinyan yazıb.

Nikol Paşinyanın ittihamlarına cavab verən Musinyanın sözlərinə görə, Paşinyan açıqlaması ilə siyasətlə bağlı heç nə qanmadığını göstərib. “Rəqiblərinin və hətta müttəfiqlərinin, o cümlədən Rusiyanın nə demək istədiyini başa düşmür. Üstəlik, Qarabağı Azərbaycana təslim etmək istədiyini ifadə edərək, ilk prezidenti nədə ittiham etdiyini belə anlamır. Yəni əslində, Qarabağı yerli-dibli Azərbaycana təslim edən özüdür”.

Arman Munisyan əlavə edib: “Əgər Robert Köçəryan Qarabağ nizamlanması prosesində “Artsaxı” bərabərhüquqlu tərəf statusundan məhrum etmişdisə, Paşinyan Ermənistanı da bu statusdan məhrum edib. Artıq Ermənistan bu məsələdə həlledici səsə sahib deyil. Bu, şübhəsiz ki, Qarabağın taleyi ilə bağlı əllərimizi yumaq mənası vermir. Ermənistan tərəfdən mümkün olan yeganə addım Qarabağ əhalisinin humanitar ehtiyaclarının ödənməsi ola bilər, bundan on illərlə Qarabağa verilən iqtisadi və maliyyə dəstəyini davam etdirməli və Qarabağdan mühacirət təhlükəsinin qarşısını almalıyıq, müharibə nəticəsində hələ də Ermənistanda olan on minlərlə Qarabağ sakininin geri qaytarılması məsələsi də ən qısa müddətdə həll edilməlidir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər