Pakistanda koronavirus xəstələri itlər vasitəsilə aşkarlanır
Tarix: 29-05-2021 17:04 | Bölmə: Dünya
Pakistanda koronavirus xəstələri itlər vasitəsilə aşkarlanır

Pakistanın şimal-qərbindəki Peşəvər şəhərinin beynəlxalq hava limanında sərnişinlərdə COVID-19 virusunu aşkarlamaq üçün xüsusi təlim keçmiş itlərdən istifadə olunur.

“GeoTV” xəbər verir ki, hava limanına gələn sərnişinlər sürətli test verdikdən sonra həmin nümunə itə təqdim olunur. Nümunəni iylədikdən sonra it əyləşirsə, testin müsbət çıxması deməkdir.

İndiyədək yeni üsulla koronavirusun 4 nəfərdə aşkarlandığı bildirilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər