Gürcüstanın keçmiş baş naziri partiyasını təqdim edib
Tarix: 29-05-2021 17:51 | Bölmə: Dünya
Gürcüstanın keçmiş baş naziri partiyasını təqdim edib

Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariya “Gürcüstan naminə” adlı partiya yaradıb.[b][/b]

Bu gün Tbilisidə yeni siyasi birliyin təqdimatı keçirilib.

Partiya bu ilin payızında yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak edəcək.

Ötən gün Gürcüstanın NATO-dakı sabiq səfiri Levan Dolidze və keçmiş prezident Giorgi Marqvelaşvilinin müşaviri Giorgi Abaşişvili partiyaya qoşulduqlarını bildiriblər.

Yerli ekspertlərin fikrincə, sabiq baş nazirin komandası hakim Gürcü Arzusu Partiyasının elektoratının bir hissəsini öz tərəfinə çəkməyə nail olacaq.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək hökumət başçısı vəzifəsini tutub. Aprel ayında Gürcüstan parlamentinin 6 deputatı hakim partiyanı tərk edərək onun tərəfdarlarının sırasına qoşulub. Son aylar ərzində “Qaxariyanın adamları” hesab olunan bir neçə dövlət məmuru vəzifələrindən azad ediliblər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər