“İzahat verin!” - Siyasətçiləri izlənmiş ölkənin nazirindən tələb
Tarix: 31-05-2021 13:21 | Bölmə: Dünya
“İzahat verin!” - Siyasətçiləri izlənmiş ölkənin nazirindən tələb

İsveç Müdafiə Nazirliyinin rəhbəri Peter Hultkvist Danimarkadan izahat istəyib.

Reyting.az
“SVT”yə istinadla xəbər verir ki, nazir İsveç televiziyasının efirində bu çağırışı edib. Buna səbəb Amerika xüsusi xidmət orqanlarının Danimarkanın köməyi ilə bir neçə ildir aparıcı Avropa siyasətçilərini izləməsi barədə iddiadır.

Bazar günü Almaniyanın “Süddeutsche Zeitung” qəzeti Danimarkanın köməyi ilə Amerika Milli Təhlükəsizlik Agentliyinin 2012-2014-cü illərdə bir sıra Avropa siyasətçilərini, xüsusən də Almaniyanın kansleri Angela Merkel, Xarici işlər naziri (Almaniyanın hazırkı Prezidenti) Frank - Valter Staynmayer və Almaniya Sosial Demokrat Partiyasından Almaniya Federativ Respublikası kanslerliyinə namizədi Peer Staynnbrükü izlədiyini iddia edib.

İzlənilən siyasətçilər arasında İsveçdən də nümayəndələr olub.

Hultqvist bildirib: "Bu hadisə ilə bağlı tam məlumat istəmişik. Mən mövzunun bağlandığını düşünmürəm. Bu vəziyyəti çox ciddi hesab edirəm, buna görə də, Danimarka xüsusi xidmət orqanlarının həqiqətən bu fəaliyyətdə olub-olmaması, İsveç şirkətləri, İsveç vətəndaşları ilə əlaqəli olub-olmadığı və ya İsveç maraqlarına təsir edib-etmədiyi barədə tam məlumat verməsini tələb etdim".

Nazir, həmçinin, vəziyyəti norveçli vəzifədaşı Frank Bakke-Yensen ilə artıq müzakirə etdiyini və İsveç səlahiyyətlilərinin Fransa, Almaniya və ABŞ-dakı vəzifədaşları ilə əlaqə qurduqlarını da sözlərinə əlavə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər