09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
ÜST: Koronavirus ştammları yunan hərfləri ilə adlandırılacaq
Tarix: 31-05-2021 23:36 | Bölmə: Dünya
ÜST: Koronavirus ştammları yunan hərfləri ilə adlandırılacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gündən yeni növ koronavirusun (COVID-19) ştammlarının adlandırılmasında yunan əlifbasının hərflərindən istifadə edəcək.

BBC xəbər verir ki, təşkilat bu gündən etibarən virusun “Böyük Britaniya ştammı”nı Alfa, “Cənubi Afrika ştammı”nı Beta, “Braziliya ştammı”nı Qamma, “Hindistan ştammı”nı isə Delta hərfləri ilə adlandıracaq.

Yeni metodun koronavirus ştamlarının adlarındakı müəyyən stiqmaları silmək məqsədi daşıdığı qeyd edilib.

“Heç bir ölkə aşkarladığı və məlumat verdiyi virusla damğalanmamalıdır”, - deyə ÜST rəsmisi Maria Van Kerkhove “Twitter” hesabındakı paylaşımında qeyd edib.

Xatırladaq ki, mayın əvvəlində Hindistan hökuməti də virusun ölkə adı olaraq hallandırılmasını tənqid etmişdi.




Bölməyə aid digər xəbərlər