Putin keçmiş sovet respublikaları ilə münasibətləri müzakirəyə çıxarıb
Tarix: 01-06-2021 17:24 | Bölmə: Dünya
Putin keçmiş sovet respublikaları ilə münasibətləri müzakirəyə çıxarıb

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans formatında müşavirə keçirib.

Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müşavirədə Rusiyanın keçmiş sovet respublikaları ilə münasibətləri müzakirə olunub.

“Rusiya üçün xarici işlərdə ən vacib prioritetlərdən biri yaxın qonşularımızla, keçmiş Sovet İttifaqı respublikaları ilə münasibətlərdir. Ona görə də bu gün məhz bu işin aspektlərindən biri ilə məşğul olacağıq”, – deyə Vladimir Putin qeyd edib.




Bölməyə aid digər xəbərlər