Ermənistan XİN-nin sabiq mətbuat katibinə yeni vəzifə verilib
Tarix: 02-06-2021 19:18 | Bölmə: Dünya
Ermənistan XİN-nin sabiq mətbuat katibinə yeni vəzifə verilib

Ermənistan Xarici İşlər Nazirliyinin sabiq mətbuat katibi Anna Nağdalyana ABŞ-da yeni vəzifə verilib.

"Sputnik Armeniya" xəbər verir ki, o, bundan sonra Ermənistanın ABŞ-dakı səfirinin müavini vəzifəsini yerinə yetirəcək.

A. Nağdalyan mayın 31-də XİN-nin mətbuat katibi vəzifəsindən istefa verib.

Məlumatda onun istefa ərizəsini yazdığı gün səfirlikdə yeni vəzifəyə təyin olunduğu vurğulanıb/Report.




Bölməyə aid digər xəbərlər