17:20 / 10-09-2025
Abbas Abbasov Rusiyadakı biznesini satıb
17:16 / 10-09-2025
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
17:04 / 10-09-2025
"Azəriqaz"ın Baş direktoru xəstəxanaya yerləşdirilib
16:52 / 10-09-2025
Şuşakəndə, Sosa və Qırmızı Bazara ilk köç karvanı gedir
16:51 / 10-09-2025
Fransada yüzlərlə insan vağzal binasına hücum edib
16:38 / 10-09-2025
Heydər Əliyev Fondu ilə Vatikan arasında memorandum imzalanıb
16:30 / 10-09-2025
Milli Məclisin komitələri haqqında qanun dəyişir
16:22 / 10-09-2025
Belqoroda yenidən hücum başlayıb
16:21 / 10-09-2025
Vüqar Bayramov: "Onların işdən çıxarılması qadağan olunmalıdır"
16:06 / 10-09-2025
Deputat: "Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləyir"
15:53 / 10-09-2025
Süni intellektin filmi Kann festivalında nümayiş olunacaq
15:44 / 10-09-2025
Ali Məhkəmə dələduzluq halı ilə bağlı vahid qərar qəbul edib
15:27 / 10-09-2025
Avropa Ukraynaya yeni yardım verib
15:11 / 10-09-2025
Əli Əsədov yeni qərar imzalayıb
14:52 / 10-09-2025
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
14:49 / 10-09-2025
ADSEA-nın səlahiyyətləri artırılıb
14:35 / 10-09-2025
Qubadlı şəhərinin Baş planı təsdiqlənib
14:28 / 10-09-2025
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
14:05 / 10-09-2025
İlham Əliyev Yaradıcılıq Evinin açılışında iştirak edib - Fotolar
13:58 / 10-09-2025
Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
13:19 / 10-09-2025
"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" yeni qanun müzakirəyə çıxarılır
13:18 / 10-09-2025
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
12:59 / 10-09-2025
Azərbaycanda havadan su əldə ediləcək
12:48 / 10-09-2025
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
12:42 / 10-09-2025
Klub İlqar Nadiri ilə yollarını ayırıb
12:14 / 10-09-2025
Sabah hava yağışlı olacaq - Proqnoz
12:11 / 10-09-2025
Polşanın baş naziri: Müxtəlif ssenarilərə hazırlaşmalıyıq
12:04 / 10-09-2025
Almaniya yeni raket istehsalına hazırlaşır
12:03 / 10-09-2025
Güləş Federasiyasında yeni təyinat olub
11:48 / 10-09-2025
Tramp Rusiyanın Polşaya hücumu ilə bağlı suala cavab verməyib
09:10 / 09-09-2025

18:25 / 06-09-2025

18:42 / 05-09-2025

22:31 / 05-09-2025

18:05 / 07-09-2025

13:20 / 07-09-2025

22:21 / 05-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

Rusiya yenə kibercinayətdə ittiham olunur
Tarix: 05-06-2021 13:20 | Bölmə: Dünya

“Rusiya ayağını geri qoymur. Onun baş kəşfiyyat xidməti ilə əlaqəli hakerlərin ABŞ-ın Dövlət Departamenti nəzdindəki Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) elektron poçt sistemini sındırmasından çıxan yeganə nəticə budur. Hakerlər Rusiya prezidenti Vladimir Putini tənqid edən insan haqları qruplarının və digər təşkilatların kompüter şəbəkələrini hədəfə alıblar və bu proses hələ də davam edir”.
Reyting.az xəbər verir ki, bu ittihamlar ABŞ-ın “Vaşinqton Post” qəzetində “Rusiya əməlindən qalmır” başlıqlı məqalədə irəli sürülür.
Redaksiya heyəti adından yazılan məqladə qeyd olunur:
“Elektron poçtun sındırılması hadisəsini “Microsoft” şirkəti aşkarlayıb. Şirkət ötən həftə bununla bağlı açıqlama yayıb. “Microsoft” günahkarın “Nobelium Group” olduğunu müəyyənləşdirib. 2020-ci ildə ABŞ-ın “SolarWinds” informasiya texnologiyaları şirkətinin müştərilərinə (həmin müştərilər arasında ABŞ və Avropanın bir sıra mühüm dövlət qurumları, özəl şirkətləri var) qarşı da haker əməliyyatları həyata keçirmiş “Nobelium Group” bu yaxınlarda yüzlərlə şirkətin və ən azı yeddi dövlət qurumunun məlumat bazasına daxil olub.
Ötən ay prezident Cozef Bayden ABŞ-ın bu hücuma verdiyi reaksiyanı bəyan edib. Reaksiya Rusiyanın şirkətlərinə və ayrı-ayrı şəxslərinə sanksiyalar qoyulmasından, bəzi rus diplomatların ABŞ-dan çıxarılmasından və gələcəkdə belə cinayətlərin qarşısını almaq üçün digər “qapalı” tədbirlərin reallaşdırılmasından ibarətdir. Eyni zamanda bildirilib ki, guya hücumların şiddətini azaltmaq üçün bəzi zərbələr endirilib. İndi aydın olur ki, bütün bunlar Rusiyanın nəinki qabağını almayıb, hətta şiddət daha da artıb.
Vurduğu yaraya duz səpən Rusiya “Solar Winds” əməliyyatında olduğu kimi yenə ABŞ-ın kibertəhlükəsizliyindəki zəif yerdən – təhlükəsizlik tədarükünün özəl müəssisələrdən tutmuş ən həssas dövlət qurumlarınadək uzanan zəncirində kritik təminatların yetərsizliyindən istifadə edib.
Son hücumlar zamanı hakerlər “Constant Contact” şirkətinin geniş tətbiq etdiyi e-poçt proqramına daxil olublar. Onlar login-parolları əldə etmək məqsədilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi adından 150-dən çox təşkilata, ümumilikdə 3000-dən çox adama fişinq mesajlar – istifadəçiləri tələyə salmaq üçün düşünülmüş məktublar göndəriblər. Nəticədə hakerlər içərisində zərərli kod daşıyan fişinq mesajları açmış şəxslərin kompüterlərinə giriblər, eyni zamanda həmin kompüterlərin qoşulu olduğu şəbəkədə digər istifadəçilərin kompüterlərini ya virusa yoluxdurub, ya da məlumatlarını oğurlayıblar.
Bütün bu cəhdlər üzə çıxandan sonra, göründüyü kimi, Dövlət Departamentinə deyil, Rusiya xarici siyasətini təhlil edən qrupların və Kremlin əleyhinə danışanların da daxil olduğu vətəndaş cəmiyyətinə zərər vurmaq üçün hazırlanmış e-məktublar daha intensiv, daha şiddətli şəkildə gəlməyə başlayıb.
Bu həngamədən çıxarılmalı olan dərslərdən biri həssas rəqəmsal təchizat zəncirini gücləndirmək idi. May ayının əvvəlində Ağ ev bu istiqamətdə addım atdı, baza standartlarının qurulmasına sərəncam verdi. Sərəncama əsasən, federal hökuməti rəqəmsal texnologiyalarla, proqramlarla təmin edən bütün kommersiya qurumları bu standartlara əməl etməlidir. Belə tədbirlər müdafiəni gücləndirmək işinə yaraya bilər, ancaq təhdidlərin izinə düşmək və aşkar edilmiş təhdidləri aradan qaldırmaq işi də gücləndirilməlidir.
Çıxarılmalı olan bir dərs də var, o dərs hələ qalır: Putin ənənəvi sanksiya və kənarlaşdırma siyasəti qarşısında geri durası deyil, o, sanksiyalara, kənarlaşdırmalara geri çəkilməklə reaksiya verməyəcək, əksinə – internet dövründə casusluğun bütün imkanlarından yararlanacaq, bu imkanları son həddəcən inkişaf etdirəcək. Ona görə Bayden çox açıq şəkildə başa salmalıdır ki, ABŞ nəyə dözə bilər və nəyə dözməyəcək. Rəqib onu eşitməzliyə vurarsa, Baydenin buna necə cavab verəcəyi barədə planı da olmalıdır”.(Mənbə: Novator.az)
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:04
Almaniya yeni raket istehsalına hazırlaşır
Bu gün, 11:25
Polşa prezidenti: Komandanlıqla daima əlaqədəyəm
Bu gün, 11:19
İsrail “Fələstin 2” raketləri ilə vurulub
Bu gün, 08:37
Ukrayna PUA-ları Bryansk vilayətinə hücum edib
Bu gün, 08:25
Von der Lyayen Aİ-dəki vəziyyətlə bağlı çıxış edəcək
Bu gün, 07:53
Rusiyadakı bütün yapon mərkəzləri bağlanacaq
Bu gün, 00:09
Nepalın hökumət sarayı tamamilə yanıb
Dünən, 17:25
Nepal prezidenti istefa verib? - Yenilənib
Dünən, 16:39
Polşa Belarusla sərhədi tamamilə bağlayacaq
Dünən, 14:38
Ukraynaya 2 milyon mərmi çatdırmağı planlaşdırırlar
Dünən, 12:31
Nazir: Yaxın gələcəkdə Ukraynada sülh olmayacaq
Dünən, 11:50
Gənc almanlar məcburi hərbi xidmətin əleyhinədir
Dünən, 10:57
Baş nazirin partiyası seçkilərdə qalib gəlib
Dünən, 08:07
Boris Conson qanunsuz fəaliyyət göstərir?
8-09-2025, 18:09
Metro işçilərinin tətili Londonu iflic edib
8-09-2025, 17:52
Prezident: BMT ilkin vəzifələrini yerinə yetirmir
8-09-2025, 17:43
Baş katib Ukrayna məsələsini müzakirə etməyə gedir
8-09-2025, 13:39
Ukrayna ordusu xeyli əraziyə nəzarəti bərpa edib
8-09-2025, 11:58
Maduro Kolumbiya ilə sərhədə 25 min hərbçi yerləşdirir
8-09-2025, 08:51
ABŞ qeyri-immiqrasiya vizalarının alınma qaydasını dəyişib
6-09-2025, 18:25
Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır
5-09-2025, 18:05
Britaniya baş nazirinin müavini istefa verib
5-09-2025, 15:19
Kreml: Ukrayna ərazisində Şimali Koreya hərbçiləri yoxdur
5-09-2025, 13:17
Mask Trampın dəvətini qəbul etməyib
5-09-2025, 11:48
ÜST direktoru Qəzza ilə bağlı çağırış edib
5-09-2025, 08:28
Peskov: Putinin Trampla görüşünü çox tez təşkil etmək olar
5-09-2025, 08:16
Pentaqon Venesuelanın təxribat xarakterli addımını pisləyib
4-09-2025, 17:30
Avropaya yeni təhlükə yaranır
4-09-2025, 17:13
Rus ordusu xəstəxanaya üç hava bombası atıb
4-09-2025, 14:52
İki ildən sonra Rusiyanın daha çox raketi olacaq
4-09-2025, 14:28
Tbilisi meri: "ABŞ-la dostluq və strateji tərəfdaşlıq bizim üçün son dərəcə önəmlidir"
4-09-2025, 11:12
Ermənistanın ABŞ-dakı səfirinin qardaşı saxlanılıb
3-09-2025, 16:30
Merz: Putin hərbi cinayətkardır!
3-09-2025, 14:46
Sərnişin hava limanının anons sistemini ələ keçirib
3-09-2025, 14:42
Putin KXDR əsgərlərinə görə Kim Çen Ina təşəkkür edib
3-09-2025, 14:36
Ruslar “Ansat” helikopterini sınaqdan keçirib
3-09-2025, 13:41
Kreml Trampın fikirlərinə reaksiya verib
3-09-2025, 13:06
Dəstək ala bilməyən sədr parlamenti buraxır
3-09-2025, 12:40
Merz: Almaniya Ukraynaya qoşun göndərməyə hazırlaşmır
3-09-2025, 09:49
Ruslar bir gecədə 105 PUA vurub
3-09-2025, 09:36
Polşa Rusiyanın hücumuna cavab verməyə hazırdır
3-09-2025, 07:55
Tramp həmkarlarına salam göndərib
2-09-2025, 18:46
NATO: "Rusiya raketinə Haaqaya çatmaq üçün 5-10 dəqiqə lazımdır"
2-09-2025, 14:59
Ukrayna ordusu yaşayış məntəqəsini azad edib
2-09-2025, 13:41
Rusiya və Çin 20-dən çox əməkdaşlıq sənədi imzalayıb