09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Pakistanda qatar qəzası: çoxsaylı ölən və yaralılar var - Foto
Tarix: 07-06-2021 09:18 | Bölmə: Dünya
Pakistanda qatar qəzası: çoxsaylı ölən və yaralılar var

Pakistanda iki qatar toqquşub.

Reyting.az
xəbər verir ki, bu barədə yerli "ARY News" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubunda qeydə alınıb. Qəza nəticəsində azı 30 nəfər həlak olub.

Telekanalın məlumatına görə, sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub. Dəmiryol idarəsinin nümayəndəsi qeyd edib ki, relsdən çıxmış qatar digər qatara çırpılıb.

Yerli hakimiyyət orqanının təmsilçisi Usman Abdulla qəza zamanı azı 30 nəfərin öldüyünü təsdiqləyib. Bildirib ki, daha bir neçə nəfər vaqonların dağıntıları altında qalıb.

TV9 Hindi telekanalı isə xəbər verib ki, qəza zamanı 33 nəfər həlak olub, daha 50 nəfər xəsarət alıb.



***

Son məlumata görə, qatarların toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.

Bu barədə “Samaa TV” telekanalı xilasedicilərə istinadla məlumat yayıb.

Məlumata görə, qəza zamanı 14 vaqon çevrilib. Eyni zamanda 8 vaqon tamamilə sıradan çıxıb.(Report)




Bölməyə aid digər xəbərlər