09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Blinkenin köməkçisi: “Gürcüstan Cənubi Qafqazda ABŞ-ın əsas strateji tərəfdaşıdır"
Tarix: 07-06-2021 18:03 | Bölmə: Dünya
Blinkenin köməkçisi: “Gürcüstan Cənubi Qafqazda ABŞ-ın əsas strateji tərəfdaşıdır"

“Gürcüstan Bayden-Harris administrasiyasının Cənubi Qafqazda əsas strateji, Qara dəniz bölgəsində çox mühüm tərəfdaşı olaraq qalır”.

Bunu ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

O, bölgəyə səfərinin ötən ilin martına təyin olunduğunu, lakin koronavirus pandemiyası səbəbindən təxirə salındığını qeyd edib.

ABŞ Dövlət Departamentinin rəsmisi Tbilisidən sonra Bakı və Yerevana səfər edəcəyini və yenidən Gürcüstana qayıdacağını bildirib/Report.




Bölməyə aid digər xəbərlər