09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Quterreş yenidən BMT Baş katibi vəzifəsinə namizəd olub
Tarix: 09-06-2021 00:36 | Bölmə: Dünya
Quterreş yenidən BMT Baş katibi vəzifəsinə namizəd olub

BMT Təhlükəsizlik Şurası baş katib Antonio Quterreşin namizədliyini ikinci müddətə təqdim etməyə səs verib.

AFP xəbər verir ki, bununla bağlı yekdilliklə qərar verilməsi barədə şuranın hazırkı sədri, Estoniya nümayəndəsi Sven Yurgenson bildirib.

A.Quterreşin ikinci müddətə seçilməsi üçün BMT Baş Asambleyası rəsmi qərar verməlidir.

72 yaşlı diplomat, Portuqaliyanın sabiq xarici işlər naziri 2017-ci ildən BMT baş katibi vəzifəsindədir. Hazırda həmin vəzifəyə 10-dək namizəd olsa da, 193 üzv ölkədən heç biri onları dəstəkləmədiyindən həmin namizədliklər rəsmi statusa malik deyil.

A.Quterreş birinci səlahiyyət müddəti boyu daha çox ABŞ prezidenti Donald Trampın birtərəfli, millətçi xarici siyasətinin fəsadlarını minimuma endirmək istiqamətində səylərilə yadda qalıb.




Bölməyə aid digər xəbərlər