Azərbaycan-Gürcüstan sərhəd komissiyasının həmsədrinə daha bir vəzifə verilib
Tarix: 09-06-2021 14:49 | Bölmə: Dünya
Azərbaycan-Gürcüstan sərhəd komissiyasının həmsədrinə daha bir vəzifə verilib

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri Laşa Darsaliya Gürcüstan xarici işlər nazirinin I müavini təyin olunub.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

L.Darsaliya 2018-ci ildən XİN başçısının müavini idi. Onun yerinə 1998-ci ildən diplomatik xidmətdə müxtəlif vəzifələrdə çalışmış Teymuraz Cancaliya təyinat alıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}