09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Prezidentliyə namizəd: “Co Baydenlə görüşməyə hazıram”
Tarix: 09-06-2021 20:08 | Bölmə: Dünya
Prezidentliyə namizəd: “Co Baydenlə görüşməyə hazıram”

“ABŞ prezidenti Co Baydenlə görüşməyə hazıram”.

Reyting.az
“Associated Press”ə istinadla xəbər verir ki, bunu İran prezidentliyinə namizəd Əbdülnasir Hemməti bildirib.

O, gələn həftə keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə bunu edə biləcəyinə inamını açıqlayıb. "Amma Amerika İran İslam Respublikasına daha yaxşı və güclü siqnallar göndərməlidir".

İran Mərkəzi Bankının keçmiş başçısı ABŞ-ın nüvə sazişinə qayıdışının Yaxın Şərqdəki daha geniş gərginliklər fonunda mümkün münasibətlərin açarı olduğunu vurğulayıb.

"Düşünürəm ki, cənab Bayden tərəfdən hələ ciddi bir şey görməmişik. Amerikalılar əvvəlcə nüvə razılaşmasına qayıtmalıdırlar. Prosesi görsək və daha çox güvən yaranarsa, o zaman bu barədə danışa bilərik”.

Əbdülnasir Hemməti əlavə edib: "ABŞ-dan daha güclü siqnallar varsa, bu, nə qədər optimist və ya bədbin rəydə olacağımıza təsir edəcəkdir. İran sanksiyalardan azad olmaq üçün ballistik raket proqramı kimi əlavə məhdudiyyətləri qəbul etməyə razı olmayacaq. Nə Ali lider, nə də prezident bunu qəbul etməz".




Bölməyə aid digər xəbərlər