09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Tramp: “Məndən Putinə salam deyərsən”
Tarix: 11-06-2021 09:47 | Bölmə: Dünya
Tramp: “Məndən Putinə salam deyərsən”

“Vladimir Putinə ən hərarətli salamlarımı çatdırın”.

Reyting.az
“Wall Street Journal”-a istinadla xəbər verir ki, bunu keçmiş prezident Donald Tramp deyib. “Prezident Putinlə ünsiyyətdə Baydenə uğurlar arzulayıram. Görüş zamanı yuxuya getməyin və xahiş edirəm, ən hərarətli salmlarımı ona çatdırın!”

Xatırladaq ki, Bayden və Putin arasındakı ilk görüş 16 iyunda Cenevrədə baş tutacaq.

"ABŞ, prezident Putinə və Rusiyaya hörmət daxil olmaqla çox şey qazanıb. Demokratlar və Hillari Klintonun uydurduğu və haqqını ödədiyi saxta müdaxilə ucbatından Birləşmiş Ştatlar naqolay vəziyyətdə idi, buna baxmayaraq, bunun öhdəsindən gəldim", - Tramp bildirib.




Bölməyə aid digər xəbərlər