09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Almaniya Türkiyəyə silah satışına qadağa təklifini rədd edilib
Tarix: 11-06-2021 16:28 | Bölmə: Dünya
Almaniya Türkiyəyə silah satışına qadağa təklifini rədd edilib

Almaniyada Yaşıllar Partiyası ilə Sol Partiyanın “Türkiyəyə silah yox” başlıqlı təklifi federal hökuməti təşkil edən Xristian Birlik Partiyası, Sosial Demokrat Partiyası, Azad Demokrat Partiyası tərəfindən rədd edilib.

Reyting.az
xəbər verir ki, Sol partiya Avropa Birliyi ilə Türkiyə arasında yaşanan Suriya, Liviya, Şərqi Aralıq və Kipr gərginliyini əsas göstərərək “Türkiyəyə silah yox” təklifi irəli sürüb.

Yaşıllar Partiyası tərəfindən hazırlanan digər bir təklifdə isə Türkiyəyə sualtı qayıqların satışını nəzərdə tutan icazənin ləğvinə dair olub. Lakin hakimiyyət komandasını təmsil edən Xristian Birlik Partiyası, Sosial Demokrat Partiyası və Azad Demokrat Partiyasının səsləri hesabına bu təkliflər rədd edilib.

Sol Partiya və Yaşıllar Partiyası bir-birinə dəstək verdiyi halda Almaniya üçün Alternativ Partiyasından olan deputatlar səssiz qalıblar.




Bölməyə aid digər xəbərlər