NATO ölkələrinin hərbi xərcləri daha da artacaq
Tarix: 11-06-2021 17:40 | Bölmə: Dünya
NATO ölkələrinin hərbi xərcləri daha da artacaq

NATO üzvü olan 30 ölkənin məcmu müdafiə məsrəfləri cari ildə 4,1 faiz artaraq 1 trilyon ABŞ dolları həddini keçəcək.

Bu barədə NATO üzv ölkələrinin 2014-2021-ci illər ərzində müdafiə məsrəflərinə dair hesabatında bildirilir.

Hesabata görə 2020-ci ildə üzv ölkələrin məcmu müdafiə məsrəfləri 3,5 faiz artaraq 1.027 milyard dollar təşkil edib.

Bu il 30 üzv ölkənin 10-u müdafiə məqsədlərinə ÜDM-nin 2 faizindən artığını sərf edəcək. O cümlədən Yunanıstanda bu rəqəm 3,82 faiz, ABŞ-da 3,52 faiz təşkil edəcək. 30 üzv ölkənin məcmu müdafiə məsrəflərinin cari ildə 1,05 trilyon dollar təşkil edəcəyi gözlənilir/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}