14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
XİN başçısı: “Gürcüstanın NATO sammitindən müsbət gözləntiləri var”
Tarix: 13-06-2021 11:34 | Bölmə: Dünya
XİN başçısı: “Gürcüstanın NATO sammitindən müsbət gözləntiləri var”

“Bizim NATO sammitindən çoxlu müsbət gözləntilərimiz var”.

Bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, aktiv diplomatik fəaliyyət nəticəsində Gürcüstanın məsələsi sammitin gündəliyinə artıq daxil edilib: “Bu, o deməkdir ki, Gürcüstan NATO üzrə tərəfdaşlarımızın bölüşdüyü dəyərlərə uyğun olaraq nəzərdən keçirilir. Əminəm ki, Gürcüstanın NATO-ya inteqrasiyası yolunda əldə etdiyi nailiyyətlərlə yanaşı, cari məsələlərin qiymətləndirilməsi və bölgədəki işğal sammitin müvafiq qərar və qətnamələrində əks olunacaq”.

Qeyd edək ki, Şimali Atlantika Alyansına üzv ölkələrin sammiti Belçikanın paytaxtı Brüsseldə iyunun 14-də keçiriləcək/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}