İsraildə 36-cı hökumət təsdiqlənib: Baş nazir və spiker seçiblər
Tarix: 13-06-2021 23:30 | Bölmə: Dünya
İsraildə 36-cı hökumət təsdiqlənib: Baş nazir və spiker seçiblər
Yair Lapid və Naftali Bennett

“Yamina” partiyasının lideri Naftali Bennet İsrailin Baş naziri seçilib

“RİA Novosti” xəbər verir ki, Knessetdə Baş nazir postuna səsvermə canlı yayımlanıb.

Millət vəkillərindən 60-ı N. Bennetin lehinə, 59-u isə əleyhinə səs verib.

N. Bennet iki il müddətinə ölkənin Baş naziri olacaq. Koalisiyanın razılaşmasına əsasən daha sonra onu “Yeş Atid” lideri Yair Lapid əvəz edəcək.

Qeyd edək ki, bununla da İsraildə 12 il ərzində ilk dəfə Binyamin Netanyahunun “Likud” partiyasının iştirakı olmadan koalisyon hökumət formalaşdırılıb.

Kenssetin bu gün keçirilən iclasında 120 deputatın 67-si Miki Levini parlamentin yeni spikeri seçib. Bundan başqa, “Yamin” partiyasının sədri Naftali Bennett də Baş nazir kimi and içib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}