14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Türk kəşfiyyatının əməliyyatı: terrorçu tutularaq Türkiyəyə gətirilib
Tarix: 15-06-2021 11:32 | Bölmə: Dünya
Türk kəşfiyyatının əməliyyatı: terrorçu tutularaq Türkiyəyə gətirilib

Türkiyə dövlətinin beynəlxalq axtarışa verdiyi İŞİD-in “Türkiyə vilayəti rəhbəri” Ebu Usame el Türki kod adlı Qasım Gülər Suriyada həbs edilib.

Reyting.az
xəbər verir ki, Gülərin Suriyada həbsi üçün Milli Kəşfiyyat İdarəsi (MİT) xüsusi əməliyyat keçirib.

Məlumata görə, Ebu Usame el Türki silah və partlayıcılarla Türkiyəyə sızaraq terror planları həyata keçirmək niyyətində olduğu zaman Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirərək onu həbs edib.

Türkiyə tərəfi əməliyyatdan dərhal sonra Q. Güləri Türkiyəyə gətirib.

Məlumata görə, əlləri qandalla bağlanan və Türk bayraqları arasında fotoları çəkilən Gülərlə birlikdə terror təşkilatına aid olan bəzi informasiya və sənədlər də ələ keçirilib.

Qeyd edək ki, İŞİD-in sözdə “Türkiyə vilayəti üzrə səlahiyyətli nümayəndəsi” Qasım Gülər 2008-2010-cu illər arasında Əfqanıstan və Pakistan ərazilərinə keçərək İslami Cihad Birliyinin çətiri altında bəzi qarşıdurma bölgələrində fəaliyyət göstərib. 2014-cü ildə İŞİD lideri, xəlifə Əbubəkir l Bağdadiyə biət edərək bu terror təşkilatına qatılıb. 2018-ci ildə İŞİD daxilində rəhbər heyətə qədər qalxa bilib.

Sözdə “Türkiyə vilayəti nümayəndəsi” olan Gülər həm də İŞİD-in Rusiya, Avropa və Türkiyədə maliyyə işlərinə nəzarət edib. Məhz bu zaman Türkiyə kəşfiyyatı Q. Güləri müşahidəsi altına ala bilib.

Qasım Gülərin silah və partlayıcı maddələrlə qanunsuz Türkiyəyə keçərək “tədbirlər” həyata keçirmək planı barədə məlumat əldə edən kəşfiyyat əməliyyata başlayıb. Əvvəlcə Gülər Suriyada hiss edilməyəcək formada nəzarət altına alınıb. Bunun ardınca həbs edilib. Bildirilir ki, həbs olunarkən, Gülərin üzərindən çoxlu sayda İŞİD-ə aid sənədlər və məxfi məlumatlar da olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}