İsraildə maska ​​məcburiyyəti ləğv olunub
Tarix: 15-06-2021 12:35 | Bölmə: Dünya
İsraildə maska ​​məcburiyyəti ləğv olunub

İsrail Səhiyyə Nazirliyi COVID-19-a yoluxma sayındakı azalmalar səbəbilə bu gündən etibarən qapalı yerlərdə maska ​​taxma tələbini ləğv edib.

Reyting.az
xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, karantinə göndərilənlər, heriatriya müəssisələrinin işçiləri və pasiyentləri üçün maska taxmaq məcburi olaraq qalacaq. Digər insanlar isə azaddır.

Qeyd edək ki, son günlərdə İsraildə COVID-19-a yoluxma hallarının sayı barmaqla sayılacaq həddə düşüb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}