ABŞ-ın keçmiş prezidenti Çindən 10 trilyon dollar kompensasiya tələb edib
Tarix: 17-06-2021 13:35 | Bölmə: Dünya
ABŞ-ın keçmiş prezidenti Çindən 10 trilyon dollar kompensasiya tələb edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp COVID-19-dan dəyən ziyana görə Çindən 10 trilyon dollar kompensasiya tələb edib.

O, bunu “Fox News” telekanalının efirində bildirib.

O, 10 trilyon dolların yalnız ABŞ-a ödəniləsi məbləğ olduğunu söyləyib: “Qalanlarına isə daha çox ödəməlidir”.

Qeyd edək ki, mayın 27-də ABŞ prezidenti Cozef Bayden ABŞ kəşfiyyatını koronavirusun əmələ gəlməsi ilə bağlı nəzəriyyəyə daha çox diqqət ayırmağa çağırıb. O, bu istiqamətdə işi yekunlaşdırmaq üçün kəşfiyyata 90 gün vaxt verib.

Xatırladaq ki, bir müddət əvvəl konqresə ABŞ-la Çin arasında COVID-19-un yayılması ilə əlaqədar kompensasiya haqqında ikitərəfli danışqıların aparılmasına dair qanun layihəsi təqdim edilib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}