16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prokurorluq sabiq prezidentə 6 ay həbs cəzası istəyib
Tarix: 17-06-2021 20:13 | Bölmə: Dünya
Prokurorluq sabiq prezidentə 6 ay həbs cəzası istəyib

Prokurorluq Fransanın keçmiş prezidenti Nikola Sarkozinin 2012-ci ildəki seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə əlaqədar ona 6 ay həbs cəzası istəyib.

Bu barədə BFMTV kanalı məlumat yayıb.

N. Sarkozi məhkəmə iclasında kampaniya zamanı artıq xərclərdən istifadə etməsi ilə bağlı ittihamı rədd edərək günahsız olduğunu bildirib.

Qeyd edək ki, N. Sarkozinin iş üzrə məhkəmə prosesi mart ayında başlayıb, lakin təqsirləndirilən şəxsin vəkillərindən birinin xəstəliyi səbəbiylə dinləmələr təxirə salınıb və mayın 20-dən yenidən başlayıb/APA




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}