Bin Laden Cenevrə sammitinə etiraz etdi
Tarix: 18-06-2021 10:46 | Bölmə: Dünya
Bin Laden Cenevrə sammitinə etiraz etdi

“Əl-Qaidə” terror qruplaşmasının lideri Usamə bin Ladenin qardaşı qızı Cenevrədəki sammitə etiraz edib.

Reyting.az
xəbər verir ki, Nur Bin Laden Putin-Bayden ortaq görüşünə etiraz olaraq Trampın zəfər bayrağını qaldırıb.

O, İsveçrədəki bir göldə, yaxtasında dostları ilə birlikdə üzərində "Tramp qalibdir" bayrağını qaldırdıqdan sonra bunu vodeoya çəkib və “Twitter”-də paylaşıb.

Bin Ladenin qardaşı qızı 2020-ci il ABŞ seçkilərində Trampı var gücü ilə müdafiə edib və “New York Post”-a bildirib ki, İŞİD Obama-Bayden rəhbərliyi dövründə böyüyərək Avropaya yayılıb. O, İsveçrədə yaşasa da, dəfələrlə özünü Amerikalı hesab etdiyini və ABŞ seçkilərində Trampı dəstəklədiyini söyləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}